<span style="color:red;">“Qarabağ”ın rəqibində problem : Baş məşqçi ilə futbolçu yola getmir
16 iyul 2018 14:40 (UTC +04:00)

“Qarabağ”ın rəqibində problem: Baş məşqçi ilə futbolçu yola getmir

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Olimpiya” problemlə üzləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi İliya Stolitsa hücumçu Andres Vomberqarla yola getmir.

 

Argentinalı forvardı “Qarabağ”la oyunların iştirak ərizəsinə salmayan yeni çalışdırıcı onun xidmətində maraqlı deyil. Rəhbərlik iki arasındakı qalmaqalın Azərbaycan çempionu ilə cavab görüşü öncəsi kollektivə mənfi təsir göstərməsindən narahatdı. Artıq Vomberqarla yollarını ayırmağı planlaşdıran “Olimpiya” “Volfsburq”un ikinci komandasının sloveniyalı hücumçusu Blaz Krameri transfer etmək fikrindədi.

 

“Olimpiya”nın digər problemi isə Andriya Kaludzeroviçlə bağlıdı. Lyublyana təmsilçisi yeni transferini heç cür qeydiyyatdan keçirə bilmir. Rəhbərlik “Qarabağ”la oyunları buraxmalı olan serbiyalı forvardın problemini həll etməyə çalışır.

 

Qeyd edək ki, Lyublyanada “Olimpiya”nı 1:0 hesabı ilə məğlub edən “Qarabağ” iyulun 18-də rəqibini Bakıda qəbul edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569
avatar

Oxşar yazılar