"Borussiya"nın futbolçusu İlkay Gündoğan yeni mövsümdən İngiltərə Premyer Liqasında oynaya bilər.
Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə, "Arsenal" türkəsilli alman yarımmüdafiəçini heyətinə cəlb etmək istəyir. Artıq bununla bağlı London klubu Dortmund təmsilçisinə 21 milyon funt-sterlinq dəyərində təklif göndərib.
"Borussiya"nın bu təklifi qəbul edib-etməyəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, İ.Gündoğanın Dortmund klubu ilə müqaviləsi 2015/2016 mövsümünün sonu başa çatır. Bundan əvvəl "Borussiya" 24 yaşlı oyunçu ilə yeni müqavilə imzalamayacağını açıqlayıb.