Teymur Rəcəbov tez-tez seytnota düşməsinin səbəbini açıqladı
28 mart 2013 23:38 (UTC +04:00)

 Teymur Rəcəbov tez-tez seytnota düşməsinin səbəbini açıqladı

“Mən həqiqətən də hazırkı turnirdə variantları nəyə görəsə gec ölçüb-biçirəm. Ona görə də zaman-zaman vaxt qıtlığı ilə üzləşirəm”. Bunu Lent.az-ın  Londondakı İddiaçılar Turnirinə ezam olunmuş əməkdaşına Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.


Lakin o, məğlubiyyətləri seytnota düşməsi ilə əlaqələndirməyib. Rəcəbov uğursuz çıxışını İddiaçılar Turnirinə hazırlıq zamanı heç bir turnirdə oynamaması ilə izah edib.

Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirin 11-ci turunda rusiyalı Vladimir Kramnikə uduzub.

 
# 1016
avatar

Oxşar yazılar