“Xəzər Lənkəran” klubunun daha iki futbolçu əsas heyətdən uzaqlaşdırılıb. Lent.az-ın klubun rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, bunlar Eder Bonfim və Toni Doblasdan sonra yarım müdafiəçilər Adrian Pit və Marin Orsuliçidir. Adıçəkilən oyunçular peşəkar futbolçuya yaraşmayan hərəkətləri və komanda daxilində ab-havanı pozduqları üçün onlar haqqında bu qərar verilib.