“Xəzər Lənkəran” futbol komandasının yeni baş məşqçisi Con Bencamin Toşak martın 16-da Azərbaycana gələcək. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, uelsli mütəxəssisi İstanbuldan Bakıya gətirən təyyarə saat 17:00-da Heydər Əliyev Hava Limanına enəcək.
Toşakı jurnalistlərlə yanaşı, azarkeşlər də qarşılayacaqlar. Ertəsi gün yeni baş məşqçi ictimaiyyətə təqdim olunacaq. Bu məqsədlə saat 12:00-da “Hilton” otelində mətbuat konfransı keçiriləcək.