“Xəzər Lənkəran”  “Saraqosa”nın qapıçısı ilə müqavilə bağladı
31 yanvar 2013 17:44 (UTC +04:00)

“Xəzər Lənkəran” “Saraqosa”nın qapıçısı ilə müqavilə bağladı

“Xəzər Lənkəran” klubu daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Lent.az-ın məlumatına görə, ispaniyalı qapıçı Antonio (Toni) Doblas Santana ilə 1,5 illik müqavilə imzalanıb.

 

32 yaşlı qolkiper 1,85 m. boya malikdir. Onun son klubu İspaniya “Xeres”i olub. Doblas bu kluba məxsus olduğu “Saraqosa”dan icarəyə verilib.

 

Onun peşəkar futbolçu karyerası 1999-cu ildə hələ yeniyetmə yaşında oynadığı “Betis” klubundan başlayıb. Qapıçı komandanın əvəzedici heyətində 4 mövsüm keçirdikdən sonra əsas heyətdə oynamağa başlayıb. 2003-cü ildə Toni bir mövsümlük “Xeres” klubuna icarəyə verilib. 2008-ci ildə isə Saraqosa klubuna keçib. Burada 1 mövsüm oynayandan sonra Doblas “Hueska” klubuna transfer olunub, lakin mövsüm başa çatan kimi yenidən “Saraqosa”ya qayıdıb. Ötən mövsümünü Toni “Saraqosa” nın futbolçusu olaraq icarə əsasında “Xeres”də keçirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 844
avatar

Oxşar yazılar