“Topaz”da qanunsuzluq aşkarlandı
14 dekabr 2012 17:10 (UTC +04:00)

“Topaz”da qanunsuzluq aşkarlandı

Azərbaycanda fəaliyyət göstərən “Topaz” diler məntəqələrindən birinin lisenziyası əlindən alınıb. Lent.az-ın məlumatına görə, bu barədə “Azəridmanservis” MMC-nin baş direktoru Azər Məhərrəmov bildirib.

Məhərrəmovun dediyinə görə, buna səbəb həmin məntəqədə 18 yaşına çatmamış şəxsdən mərc qəbulu olub.  “Bu yaxınlarda Azərbaycanda 17 yaşadək qızlar arasında keçirilmiş futbol üzrə dünya çempionatına o dərəcədə ciddi yanaşdıq ki, ora “Topaz”ın reklamını vermədik. Şirkətin, markanın, brendin qaynar xətti var. Kimsə 18 yaşına çatmamış şəxsin pul qoyuluşu etdiyini görsə və ya nəzərdə tutulmayan hallarla qarşılaşsa, qaynar xətt vasitəsilə məlumat verə bilər. Bu, ciddi yoxlanılacaq və bizə geniş məruzə olunacaq. Məlumat təsdiqlənərsə, həmin diler məntəqəsinin lisenziyası alınacaq və o, “qara siyahı”ya daxil olacaq”.

Məhərrəmovun sözlərinə görə, 18 yaşına çatmamış şəxsin pul qoyuluşu etməsindən gec-tez xəbər tutacaqlar. O, diler məntəqələri rəhbərlərinin də bu məsələdə diqqətli olmalarının gərəkliyini də söyləyib.

 

Amma “Azəridmanservis” rəhbəri pul qoyuluşu edəndən sənəd tələb olunmasını məqsədəuyğun saymayıb: “Biz vətəndaş cəmiyyətində yaşayırıq. Belə məsələlərdə sənəd tələb etsək, onda gərək mağazaya girəndən də, hər hansı mal alandan da, şəxsiyyət vəsiqəsi istənilsin”.

 

# 2390
avatar

Oxşar yazılar

Konfrans Liqasında yarımfinal oyunları  keçirildi

Konfrans Liqasında yarımfinal oyunları keçirildi

3 may 2024 , 01:18
Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

3 may 2024 , 01:06
"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

2 may 2024 , 22:53
Messi  sərvət xərclədi:   Görün nə aldı

Messi sərvət xərclədi: Görün nə aldı

2 may 2024 , 19:45
Tuxel Çempionlar Liqasını qazansa belə,  “Bavariya”dan gedəcək

Tuxel Çempionlar Liqasını qazansa belə, “Bavariya”dan gedəcək

2 may 2024 , 18:39
Maradonanın ölümü ilə bağlı YENİ FAKT

Maradonanın ölümü ilə bağlı YENİ FAKT

2 may 2024 , 17:33
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

2 may 2024 , 14:54
Qadın futbolçular arasında DAVA:  7-si yaralandı

Qadın futbolçular arasında DAVA: 7-si yaralandı

2 may 2024 , 13:15