“Sübut etdik ki, “Real” dünyanın ən güclü komandasıdır”
21 dekabr 2014 11:30 (UTC +04:00)

“Sübut etdik ki, “Real” dünyanın ən güclü komandasıdır”

0

“Bizim üçün bu turnirin qalibi olmaq çox vacib idi. Sübut etdik ki, “Real” dünyanın ən güclü komandasıdır”.

Lent.az-ın qol.az-a istinadən məlumatına görə, bu sözləri Madrid “Real”ının futbolçusu Qaret Beyl klublararası dünya çempionatının finalında “San Lorenzo”ya qalib gəldikləri oyundan sonra deyib.

Komandasının ikinci qolunun müəllifi olan uelsli yarımmüdafiəçi  uğurlarının ardının gələcəyinə inandığını bildirib:  “Bizim üçün bu il çox möhtəşəm oldu. Məncə, bizi qarşıda daha böyük qələbələr gözləyir. Bunun üçün daha da məsuliyyətli olmalı, qazandığımız titullara görə arxayınlaşmamalıyıq. Yalnız bu yola daha böyük uğurlara nail ola bilərik”. 

Xatırladaq ki, "Real" bu il həmçinin,  Çempionlar Liqası və UEFA Superkubokunun qalibi olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 347

Oxşar yazılar