“Şaxtyor” da Qəbələyə gəlir
13 fevral 2013 15:41 (UTC +04:00)

“Şaxtyor” da Qəbələyə gəlir

Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokunun daha iki iştirakçısı müəyyənləşib. Qəbələ Futbol Akademiyasının direktor müavini Nail Kərimovun Lent.az-a verdiyi məlumata görə, bunlardan biri Ukrayna “Şaxtyor”u, digəri isə “Bakı”dır.

 

Kərimov bildirib ki, artıq hər iki klub rəsmi məktubla II Qəbələ Kubokunda iştirakını təsdiqləyib. Daha öncə İspaniya "Barselona"sı, Türkiyə “Beşiktaş”ı və Rusiya “Zenit”i də eyni addımı atıb. Beləliklə, təşkilatçı komanda sayılan “Qəbələ” ilə birgə turnir iştirakçılarının sayı 6-ya yüksəlib.

 

II Qəbələ Kubokunda 8 komanda iştirak edəcək. Akademiya rəsmisi qalan 2 komandanın adına fevralın sonlarınadək aydınlıq gələcəyini açıqlayıb. Turnir isə 28 may – 2 iyun tarixlərinə baş tutacaq. 

 

Qeyd edək ki, I Qəbələ Kuboku 2012-ci il mayın 30-dan iyunun 4-dək “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığma komandası və Azərbaycanın “Qarabağ” və “Qəbələ” klublarının iştirakı ilə təmsil olunub. Turnirin qalibi adına “Qalatasaray” layiq görülüb.

# 871
avatar

Oxşar yazılar