“Gərək, Rövnəq Abdullayev FİFA prezidenti olsun ki, Hafiz müəllim də AFFA –ya rəhbərlik etsin. Lent. az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.
O bildirib ki, AFFA-nın prezidenti Rövnəq Abdullayevin işi göz qabağındadır. Məmmədovun fikrincə, bu cür iş bilən federasiya prezidenti olmayıb: “Özünüz də konfrans zamanı görülən işlərlə tanış oldunuz. “Bakı”nın gördükləri də AFFA-nın adı ilə bağlıdır. Rövnəq müəllimə nə olub ki... O, SOCAR-da da çatdırır, AFFA-da da. Biz isə ancaq ona dəstək veririk”.
“Bakı”nın prezidenti AFFA-ya rəhbərlik edəcəyi barədə xəbərləri təkzib edib: “Bunların hamısı boş-boş söhbətlərdir... Onda gərək Rövnəq müəllim FİFA prezidenti olsun”.