"“Real”da oynamaq ən böyük arzumdu” -<span style="color:red;"> Əmrə Mor
30 mart 2017 13:33 (UTC +04:00)

"“Real”da oynamaq ən böyük arzumdu” - Əmrə Mor

“Borussiya” dünyanın ən yaxşı komandalarından biridi. Mən burada çox şey öyrənirəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Türkiyə yığmasının futbolçusu Əmrə Mor deyib.

 

Dortmund “Borussiya”sında çıxış edən gənc yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlama verib. O, gələcəkdə oynamaq istədiyi klubun adını açıqlayıb. Məlum olub ki, Əmrə Madrid “Real”ında çıxış etmək arzusundadı: “Borussiya”da özümü xoşbəxt sayıram. Amma nə vaxtsa “Real”ın formasını geyinmək, ulduz futbolçu olmaq istəyirəm. Bu mənim ən böyük arzumdu. Başa düşürəm ki, bunu reallaşdırmaq mənim üçün hələ tezdi. Lakin özümə bələdəm. Düşünürəm ki, gələcəkdə “Barselona”da da çıxış etməyim mümkündü”

 

Qeyd edək ki, 19 yaşlı futbolçu ötən ildən "Borussiya"nın formasını geyinir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 385
avatar

Oxşar yazılar