Futbol üzrə Topaz Premyer Liqasında final mərhələsinin ilk turuna yekun vurulub. Lent.az-ın məlumatına görə, martın 13-də keçirilmiş son 2 qarşılaşmada qonaqlar qalib gəlib.
İlk “6-lıq”da yer alan “İnter” səfərdə “Qəbələ”ni yenərək, lider “Neftçi” ilə xal fərqini minimuma endirib. Artıq ilk yarıda paytaxt klubu 2 qol vurub. “Qəbələ” qollardan yalnız 1-inin əvəzini fasilədən sonra çıxa bilib.
İkinci “6-lıq”da isə AZAL autsayder “Kəpəz”i yenib. Bu matçda ilk yarıda Junior Nildo “dubl” edib. İkinci hissədə tərəflər hərəyə bir dəfə fərqləniblər.
11 mart (bazar ertəsi)
“Sumqayıt” - “Turan” (Tovuz) – 4:0
Qollar: Pərdis Fərcad Azad, 5; 8; 19; 23
12 mart (çərşənbə axşamı)
“Bakı” – “Neftçi” (Bakı) – 1:1
Qollar: Marius Pena, 83 - Araz Abdullayev, 43
İstifadə olunmamış penalti: Lukas Mario Horvat, 76 (“Bakı”)
“Rəvan” (Bakı) - “Xəzər Lənkəran” – 1:0
Qol: Juan Manuel Varea, 90 - penalti ilə
Qırmızı vərəqə: Elnur Abdullayev, 74 (“Xəzər Lənkəran”)
“Simurq” (Zaqatala) – “Qarabağ” (Ağdam) – 1:0
Qol: Rəşad Eyubov, 32
Qırmızı vərəqə: Rəşad Eyubov, 81 (“Simurq”)
13 mart (çərşənbə)
“Qəbələ” – “İnter” (Bakı) – 1:2
Qollar: Viktor Mendi, 62 – Asif Məmmədov, 26. Yuri Fomenko, 29
“Kəpəz” (Gəncə) – AZAL (Bakı) – 1:3
Qollar: Fərid Quliyev, 54 – Junior Nildo, 18; 30 – penalti ilə. Viktor İqbekoi, 46
Turnir cədvəli:
İlk “6-lıq”
N |
Komandalar |
O |
Q |
H |
M |
T |
X |
1 |
Neftçi |
23 |
14 |
3 |
6 |
48-25 |
45 |
2. |
İnter |
23 |
12 |
8 |
3 |
26-13 |
44 |
3. |
Simurq |
23 |
10 |
9 |
4 |
26-15 |
39 |
4. |
Qarabağ |
23 |
10 |
9 |
4 |
30-20 |
39 |
5. |
Qəbələ |
23 |
9 |
5 |
9 |
27-29 |
32 |
6. |
Bakı |
23 |
6 |
13 |
4 |
25-16 |
31 |
İkinci “6-lıq”
7. |
AZAL |
23 |
8 |
8 |
7 |
35-26 |
32 |
8. |
Xəzər Lənkəran |
23 |
7 |
7 |
9 |
32-28 |
28 |
9. |
Sumqayıt |
23 |
6 |
7 |
10 |
24-39 |
25 |
10. |
Rəvan |
23 |
7 |
4 |
12 |
24-36 |
25 |
11. |
Turan |
23 |
6 |
5 |
12 |
24-39 |
23 |
12. |
Kəpəz |
23 |
2 |
4 |
17 |
13-48 |
10 |
Bombardir: Nikolas Kanales (“ Neftçi ”) - 20 qol.