“Qızıl top”u kim qazanacaq?
12 dekabr 2016 14:35 (UTC +04:00)

“Qızıl top”u kim qazanacaq?

Bu gün “Qızıl top” mükafatının qalibi bəlli olacaq. Apasport.az saytının məlumatına görə, “France football” nəşrinin keçirdiyi müsabiqənin nəticəsi Bakı vaxtı ilə 23:00-da  açıqlanacaq.

 

Mükafatın qalibi müxtəlif ölkələri təmsil edən 173 jurnalistin səsverməsi nəticəsində bilinəcək.

 

“Qızıl top”a əsas namizəd sayılan Madrid “Real”ının və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldonun mərasimə qatılmayacağı müəyyənləşib. Bu, 31 yaşlı superulduzun “qalaktikos”un heyətində klublararası dünya çempionatında iştirakı ilə bağlıdı.

 

Belə ki, “Real” dekabrın 15-də turnirin yarımfinal görüşü çərçivəsində meydana çıxacaq. Zinəddin Zidanın komandası finala çıxmaq uğrunda Meksikanın “Amerika” klubu ilə mübarizə aparacaq.

 

Qeyd edək ki, bu ildən etibarən “France football” nəşri “Qızıl top”un qalibini 2007-ci ilə qədər olduğu kimi,  yenə jurnalistlərin səsverməsi nəticəsində müəyyənləşdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211

Oxşar yazılar