“Qiyamət günü” öncəsi idman tarixinin “ən”ləri seçildi
21 dekabr 2012 15:22 (UTC +04:00)

“Qiyamət günü” öncəsi idman tarixinin “ən”ləri seçildi

0

Maya təqvimi üzrə dekabrın 21-də gözlənilən “Qiyamət günü” öncəsi 5 min illik idman tarixinin “ən”ləri seçilib. Lent.az-ın məlumatına görə, “La Gazzetta dello Sport”un apardığı sorğuda Türkiyə “Beşiktaş”ından qalmaqalla ayrılan Rikardu Kuarejma da fərqlənib. Portuqaliyalı yarımmüdafiəçi ən pis futbolçular üçün müəyyənləşdirilən “bidon”a layiq görülüb. O, finalda Darko Pançevi geridə qoyub.

 

Futbol tarixinin ən faydalı transferi Zinəddin Zidan sayılıb. Ən yaxşı baş məşqçi ünvanına hazırda İspaniya millisinə rəhbərlik edən Visente Del Boske sahib çıxıb. Ən yaxşı idmançı isə ilk qadın atlet Kallipatira seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 875

Oxşar yazılar