“Qəbələ” ukraynalı qapıçı ilə müqavilə imzalayıb
15 yanvar 2015 19:45 (UTC +04:00)

“Qəbələ” ukraynalı qapıçı ilə müqavilə imzalayıb

0

 Mövsümün ikinci yarısı öncəsi heyətini gücləndirməkdə davam edən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

 

Apasport.az saytının məlumatına görə, bunadək Rəşad Sadiqov və Aleksey Qayla müqavilə imzalayan “qırmızı-qaralar” bu dəfə yeni qapıçı ilə gücünə güc qatıb.

 

"Qəbələ" ukraynalı qolkiper Dmitri Bezotosnını rənglərinə bağlayıb. Antalya toplanışı zamanı komandaya qoşulan çərçivə qoruyucusu ilə 6 aylıq müqavilə imzalanıb. Bezotosnı artıq "qırmızı-qaralar"la ilk məşqə də çıxıb.

 

15 noyabr 1983-cü ildə Ukraynada anadan olan Bezotosnı karyerası boyunca "Tovtrı" (2000), "Dnepr-3" (2001), "Saturn-REN TV" (2002-2004), "Metallurq-2" (Zaparojye, 2004-2007), "Metallurq" (Zaparojye, 2007-2011) və "Çenomorets" (2011-2014) klublarında əlcək geyinib. Əsasən Ukrayna klublarının şərəfini qoruyan qapıçı yalnız 2002-2004-cü illəri vətəndən kənarda - Rusiyada keçirib.

 

O, 192 sm boya, 83 kq çəkiyə malikdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 373

Oxşar yazılar