“Qarabağ”ın rəqibi kapitansız qalacaq
28 noyabr 2017 20:29 (UTC +04:00)

“Qarabağ”ın rəqibi kapitansız qalacaq

0

UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Roma”nın kapitanı Daniele de Rossi cəzalandırılıb. Apasport.az saytı xəbər verir ki, “canavarlar”ın kapitanı “Cenoa” ilə oyunda aldığı qırmızı vərəqəyə görə bir müddət A seriyasında komandasına kömək edə bilməyəcək.

 

İtaliya Futbol Federasiyasnın qərarına əsasən, o, iki oyunluq diskvalifikasiya olunub. De Rossi A seriyasının növbəti turlarında keçiriləcək SPAL və “Kyevo” ilə matçları buraxacaq.

 

Qeyd edək ki, A seriyasının XIV turunda “Cenoa” ilə səfər matçının 69-cu dəqiqəsində rəqib oyunçu Canluka Lapadulanı vurduğu üçün meydandan qovulan və “Cenoa”ya penalti hədiyyə edən De Rossi komandasını qələbədən məhrum etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar