“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində “Kukesi” ilə keçirəcəyi oyunların təqvimi açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, ilk görüş Albaniyada olacaq.
Qarşılaşma iyulun 25-də Şkoder şəhərində yerləşən “Loro Boriçi” stadionunda baş tutacaq.
Azərbaycan çempionu albanlara qarşı cavab matçını avqustun 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Hər iki oyun Bakı vaxtı ilə 21:00-da start götürəcək.