“Qarabağ”a uduzdu, azarkeşlərinə təzminat ödədi
28 oktyabr 2015 13:15 (UTC +04:00)

“Qarabağ”a uduzdu, azarkeşlərinə təzminat ödədi

0
 

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"a 0:1 hesabı ilə uduzan "Anderlext" azarkeşlərinə təzminat ödəyib.

 

Lent.az-ın "qafqazinfo"ya istinadən məlumatına görə, bu barədə klubun baş meneceri German van Holsbek mətbuata açıqlamasında bildirib.

 

O qeyd edib ki, komandasının oyununu izləmək üçün Azərbaycana gələn 53 azarkeşlə çəkdiyi xərclər və uzun yol qət etmələri müqabilində maddi təzminat ödənilib. Həmçinin onlara imzalı formalar hədiyyə edilib.

 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 502

Oxşar yazılar