Salyanda yük maşını piyadaları vurub.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Boranıkənd kəndində qeydə alınıb.
“KamAZ” markalı yük maşını yolu keçən 1994-cü il təvəllüdlü Məmmədova Günel Nurulla qızını və onun 4 yaşlı övladını vurub. Uşaq hadisə yerində ölüb, ana isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.