“Qarabağ” UEFA-ya şikayət etməyə hazırlaşır
12 dekabr 2014 00:21 (UTC +04:00)

“Qarabağ” UEFA-ya şikayət etməyə hazırlaşır

0

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “İnter”lə qarşılaşan “Qarabağ” UEFA-ya şikayət etməyə hazırlaşır. Bu barədə apasport.az saytına Ağdam təmsilçisinin meneceri Asif Əsgərov məlumat verib.

 

O bildirib ki, qitə futbol qurumuna müraciətə səbəb italiyalılarla görüşün son dəqiqələrində vurduqları qolun çexiyalı baş hakim Mioslav Zelinka tərəfindən hesaba alınmamasıdı: “UEFA-ya müraciət etməyi planlaşdırırıq. Bu məqsədlə klubun vitse-prezidenti Tahir Gözəl və baş məşqçimiz Qurban Qurbanov mətbuat konfransı keçirəcək”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 225

Oxşar yazılar