“Qarabağ” Kiyevdə tarix yazdı
24 oktyabr 2014 02:05 (UTC +04:00)

“Qarabağ” Kiyevdə tarix yazdı

 Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində mübarizə aparan təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxıb.

 

Ağdam klubu III turun yekun matçında səfərdə Ukrayna “Dnepr”i ilə qarşılaşıb. İlk iki matçda 1 xal toplayan Qurban Qurbanovun yetirmələri Kiyevin “Olimpiya” stadionunda maksimum nəticə əldə edib.

 

Belə ki, “Qarabağ” Dnepropetrovsk klubunu minimal hesabla məğlub edib. Oyunda vurulan yeganə və tarixi qola 21-ci dəqiqədə Muarem Muarem imza atıb.

 

Qeyd dək ki, F qrupunun digər oyunda isə “İnter”lə “Sent-Etyen” münasibətlərinə aydınlıq gətirib.

 

Avropa Liqası

Qrup mərhələsi, III tur

F qrupu

"DNEPR” (Ukrayna) – “QARABAĞ” (Azərbaycan) - 0:1

QOL: Muarem Muarem, 21

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2643
avatar

Oxşar yazılar