Azərbaycanın “Qarabağ” və “Qəbələ” futbol klubları Avropa Liqasında qrup mərhələsinə yüksəlib. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçları keçirilir.
Ağdamlılar səfərdə minimal hesabla məğlub olduqları “Höteborq”la bu dəfə Bakıda üz-üzə gəlib.
Qurban Qurbanovun yetirmələri ardıcıl iki il əldə etdikləri uğuru bu dəfə də təkrarlayıblar. Son iki mövsümdə olduğu kimi bu dəfə Çempionlar Liqasının III təsnifat mərhələsində dayanan və mübarizəni ikinci dərəcəli turnirdə davam etdirən “Qarabağ” rəqib komandanı 3:0 hesabla darmadağın edib. Oyunun 18-ci dəqiqəsində “Qarabağın” kapitanı Rəşad Sadıqov künc zərbəsindən hesabı açıb. Qarşılaşmanın 26-cı dəqiqəsində komandanın yarımmüdafiəçisi Muarem Muarem rəqibin qapısına ikinci qolu vurub. “Qarabağ”-“Höteborq” qarşılaşmasının 51-ci dəqiqəsində Ağdam klubunun oyunçusu Dani Quintana rəqibin qapısından üçüncü qolu keçirib.
Avropa Liqasında mübarizəni davam etdirən digər təmsilçimiz “Qəbələ” ilk matçda öz meydanında “Maribor”a 3:1 hesabı ilə qalib gələrək səfərə üstünlüklə yollanıb. Roman Qriqorçukun yetirmələri 0:1 hesabı ilə məğlub olaraq üstünlüyü əldə saxlayıblar və ardıcıl ikinci dəfə əsas mərhələdə çıxış etmək hüququ qazanıblar.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında özünün 20-ci, Azərbaycan klublarının isə 50-ci qalibiyyətinin müəllifi olub. “Qəbələ” isə ardıcıl iki dəfə 4 mərhələ adlamaqla tarixə düşüb.
**** 22.20
Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında qrup mərhələsinə yüksəlib. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçları keçirilir.
Ağdamlılar səfərdə minimal hesabla məğlub olduqları “Höteborq”la bu dəfə Bakıda üz-üzə gəlib.
Qurban Qurbanovun yetirmələri ardıcıl iki il əldə etdikləri uğuru bu dəfə də təkrarlayıblar. Son iki mövsümdə olduğu kimi bu dəfə Çempionlar Liqasının III təsnifat mərhələsində dayanan və mübarizəni ikinci dərəcəli turnirdə davam etdirən “Qarabağ” rəqib komandanı 3:0 hesabla darmadağın edib. Oyunun 18-ci dəqiqəsində “Qarabağın” kapitanı Rəşad Sadıqov künc zərbəsindən hesabı açıb. Qarşılaşmanın 26-cı dəqiqəsində komandanın yarımmüdafiəçisi Muarem Muarem rəqibin qapısına ikinci qolu vurub. “Qarabağ”-“Höteborq” qarşılaşmasının 51-ci dəqiqəsində Ağdam klubunun oyunçusu Dani Quintana rəqibin qapısından üçüncü qolu keçirib.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında özünün 20-ci, Azərbaycan klublarının isə 50-ci qalibiyyətinin müəllifi olub.
Avropa Liqası
Pley-off, cavab oyunu
25 avqust
“Qarabağ” – “Höteborq” (İsveç) - 3:0
Qollar: Rəşad Sadıqov, 19, Muarem Muarem, 26, Dani, 51
Baş hakim: Vladislav Bezborodov
Bakı. T. Bəhramov adına Respublika stadionu
***** 21.38
“Qarabağ”-“Höteborq” qarşılaşmasının 51-ci dəqiqəsində Ağdam komandasının oyunçusu Dani rəqibin qapısına üçüncü qolu vurub.
**** 21.10
Oyunun 18-ci dəqiqəsində “Qarabağın” kapitanı Rəşad Sadıqov künc zərbəsindən hesabı açıb. Qarşılaşmanın 26-cı dəqiqəsində komandanın yarımmüdafiəçisi Muarem Muarem rəqibin qapısına ikinci qolu vurub.
*** 20.40
UEFA Avropa Liqasının pley-off mərhələsində növbəti oyunlar başlayıb.
Lent.az-ın xəbərinə, bir qədər əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” və “Höteborq” (İsveç) komandaları arasında cavab oyunu başlayıb.
Xatırladaq ki, İsveçdə keçirilən ilk oyun 1:0 hesabı ilə “Höteborq” komandasının xeyrinə nəticələnmişdi.