“Qalatasaray”ın yeni kapitanı kim oldu?
29 oktyabr 2014 11:26 (UTC +04:00)

“Qalatasaray”ın yeni kapitanı kim oldu?

Son vaxtlar işləri yolunda getməyən “Qalatasaray”da kapitan dəyişikliyi baş verib. Lent.az-ın məlumatına görə, İstanbul klubunda kapitanlıq sarğısı Səlçuk İnandan alınıb. Baş məşqçi Çezare Prandelli sarğını zədəsini sağaldaraq, sıraya dönən Həmid Altıntopa verib.

Qeyd edək ki, 2012-ci ildən “Qalatasaray”ın formasını geyinən Həmid Altıntop “sarı-qırmızılılar”ın heyətində ümumilikdə 53 oyunda iştirak edib və 1 qola imza atıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966
avatar

Tengiz Məmmədov

Oxşar yazılar