Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Tomas Uyfaluyşi vətəni Çexiyada şok olayla üzləşib. Lent.az-ın məlumatına görə, təcrübəli müdafiəçinin çılpaq fotoları mətbuata sızıb.
Hazırda zədə üzündən meydanlardan uzaq qalan Uyfaluyşi “Blesk” qəzetinə müsahibəsində fotoların keçmiş rəfiqəsi tərəfindən intiqam məqsədilə yayıldığını bildirib. O bildirib ki, şəkillər 2008-ci ildə İspaniya “Atletiko”sunda oynadığı vaxt duşda olarkən çəkilib: “Şəkillərin kimdən çıxdığını da bilirəm. Həqiqətən də utancverici haldır”.