“Arsenal”ın almaniyalı futbolçusu Lukas Podolski yanvarda komandasını dəyişəcəyini etiraf edib. Lent.az-ın məlumatına görə, 29 yaşlı hücumçunun karyerasını Türkiyədə davam etdirmək variantı var. Belə ki, Podolski Britaniya mətbuatına açıqlamasında “Qalatasaray”ın onunla maraqlandığını təsdiqləyib: “Futbolçu oynamırsa, xoşbəxt ola bilməz. Bir də ki, oynamayan futbolçu haqda müzakirə aparmaq düzgün deyil. Yanvar ayında hər şey baş verə bilər. Təkliflər var. “Qalatasaray” mənimlə maraqlanıb, amma hələ rəsmi təklif göndərməyib. Danışıq aparsaq, dəyərləndirə bilərəm”.
Qeyd edək ki, Podolski “Arsenal”ın əsas heyətinə nadir hallarda düşür və məhz bu səbəbdən London klubunu tərk etməyi planlaşdırır.