“Qalatasaray” rəsmisi Bakıda Burak Yılmazın transferindən danışdı
13 dekabr 2012 19:14 (UTC +04:00)

“Qalatasaray” rəsmisi Bakıda Burak Yılmazın transferindən danışdı

“Burak Yılmaz bizim üçün çox önəmli futbolçudur. Derbi öncəsi onun hər hansı əcnəbi kluba transferi barədə danışmaq düzgün olmaz”.

Lent.az-ın məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyənin “Qalatasaray” klubunun idarə heyətinin üzvü Abdurrahim Albayrak jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Yılmazı komandaya çox çətinliklə transfer ediblər: “Burak Rusiya “Spartak”ı ilə müqavilə bağlamaq üzrə idi. İmza atar-atmaz onu “Spartak”ın düşərgəsindən gətirdik. Bunu da “Qalatasaray”ın uğuru kimi dəyərləndirirəm”.

 

Məhz bu hücumçunun qolları sayəsində “Qalatasaray” Çempionlar Liqasında 1/8 finala yüksəlib. “Fənərbağça” isə Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb. Albayrak Türkiyənin cəmi 2 komandasının mübarizəni davam etdirməsini yaxşı hal saymayıb: “İnsanın canı acıyır. Almaniya komandalarından 3-ü Çempionlar Liqasının 1/8 finalına yüksəlib. Türkiyəni isə bu turnirdə yalnız “Qalatasaray” təmsil edir. Türk komandaları nə qədər uğurlu olsa, biz də Çempionlar Liqasında 2-3 klubla təmsil olunma şansı əldə edərik. Bunun üçün bütün komandalarımız uğurlu nəticələr göstərməlidirlər. İndiki halda həm “Qalatasaray”a, həm də “Fənərbağça”ya Avropa kuboklarında uğurlar arzulayıram”.

 

Qeyd edək ki, Burak Yılmaz Çempionlar Liqasının qrup mərhələsində 6 qol vurub. O, hazırda İspaniya “Real Madrid”inin hücumçusu Kriştianu Ronaldu ilə birgə bombardirlər siyahısına başçılıq edir.    

 

 

# 1160
avatar

Oxşar yazılar

Mbappe Serxio Ramosun  Madriddə yaşadığı evi   almaq istəyir

Mbappe Serxio Ramosun Madriddə yaşadığı evi almaq istəyir

3 may 2024 , 14:46
Antonio Konte “Çelsi”yə  qayıda bilər

Antonio Konte “Çelsi”yə qayıda bilər

3 may 2024 , 13:40
Benzema Madridə  qayıdır

Benzema Madridə qayıdır

3 may 2024 , 11:49
Almaniyada çılpaq futbol  oynadılar

Almaniyada çılpaq futbol oynadılar

3 may 2024 , 10:08
Volkan Demirel istefa ərizəsini rəhbərliyə təqdim edib

Volkan Demirel istefa ərizəsini rəhbərliyə təqdim edib

3 may 2024 , 09:57
Konfrans Liqasında yarımfinal oyunları  keçirildi

Konfrans Liqasında yarımfinal oyunları keçirildi

3 may 2024 , 01:18
Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

3 may 2024 , 01:06
"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

2 may 2024 , 22:53