“Qalatasaray” azarkeşləri İspaniyada döyüldü
04 aprel 2013 11:20 (UTC +04:00)

“Qalatasaray” azarkeşləri İspaniyada döyüldü

0

İspaniyanın “Real Madrid” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilmiş futbol üzrə Çempionlar Liqasının ilk ¼ final matçından sonra polislərlə azarkeşlər arasında gərginlik yaşanıb. Lent.az-ın məlumatına görə, meydan sahiblərinin 3:0 hesabı ilə qalib gəldiyi görüşün ardından polislər “sarı-qırmızı” fanatları tribunalarda gözlətdirib.

 

Sonra isə azarkeşlər stadiondan çıxarılıb. Bu zaman bir qrup tərəfdarla ispaniyalı polis toqquşub. Polis müdaxiləsini yad əşyalarla cavablandıran fanatlara təhlükəsizlik qüvvələri sərt təpki verib. Dəyənək zərbələrindən çoxlu sayda azarkeş yaralanıb. Daha sonra atlı polislər araya girib və asayiş təmin olunub. Yaralı tərəfdarlara ilk tibbi müdaxiləni də elə təhlükəsizlik xidməti əməkdaşları göstəriblər. Bəzi azarkeşlər isə saxlanılıb.

 

Qeyd edək ki, oyundan öncə də İspaniya polisi ilə “Qalatasaray” azarkeşləri arasında insident baş verib. Polislər fanatların fişəng yandırmalarına qarşı çıxıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1718

Oxşar yazılar