Dünən Türkiyə çempionatının 11-ci turu çərçivəsində bu ölkənin iki böyük klubu – “Fənərbağça” və “Qalatasaray” birincinin meydanında üz-üzə gəliblər.
Lent. az-ın məlumatına görə, “Fənərbağça” klubu 14 illik ənənəsinə sadiq qalaraq, öz meydanında “Qalatasaray” klubuna məğlub olmayıb.
Belə ki, oyunun ilk hissəsində ev sahiblərinin qazandığı penaltini qola çevirən klubun kapitanı Əmrə Bəlozoğlu komandasını ikinci hissəyə 1-0 öndə yollayıb.
Oyunun ikinci hissəsində isə Kristian Baroni matçdakı son qolu vurub. 2-0.
Matçın bitməsinə az qalmış “Qalatasaray” klubunun qazandığı və Melonun vurduğu penalti zərbəsini isə “Fənərbağça”nın qapıçısı Volkan Dəmirəl çıxarıb. Oyun bu hesabla da başa çatıb.
Bununla da “Qalatasaray”ın “Şükrü Saracaoğlu” stadionundakı qələbəsizlik seriyası 15 ilə çatıb.