“Qalatasaray” 10 nəfərlə azarkeşlərini sevindirdi 
07 aprel 2013 01:02 (UTC +04:00)

“Qalatasaray” 10 nəfərlə azarkeşlərini sevindirdi 

0

Türkiyə Superliqasında XXVIII turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə üç qarşılaşma baş tutub.


“İstanbul BB” öz meydanında “Karabükspor”u qəbul edib. Görüşdə qalib müəyyənləşməyib - 2:2.

“Elazığspor”u qonaq edən “Kayserispor” isə böyük hesablı qələbə qazanıb. Meydan sahibləri matçdan 4:1 hesablı qalib ayrılıb.

Günün ən maraqlı oyunlarından biri “Türk Telekom Arena”da reallaşıb. Burada “Qalatasaray” “Mersin İdmanyurdu” ilə münsibətlərinə aydınlıq gətirib. Çempionlar Liqasının 1/4 final mərhələsində səfərdə “Real”a (3:0) uduzan “Cim-Bom” bu dəfə azarkeşlərini sevindirməyi bacarıb – 3:1.

Qeyd edək ki, Türkiyə Superliqasında XXVIII turun oyunlarına aprelin 8-də yekun vurulacaq.


Türkiyə Superliqası
XXVIII tur
5 aprel
“Antalyaspor” – “Kasımpaşa” - 3:2
Diarra, 30; 61, Tita, 35-pen – Hurmacı, 41, Uçe, 71

6aprel
“İstanbul BB” – “Karabükspor” – 2:2
Madureyra, 21, Holmen, 26-pen - Parlak, 45, Ünal, 58

“Kayserispor” - “Elazığspor” – 4:1
Bobo, Biliça, 29-avtoql, Muçe, 47; 68 - S.Kaloğlu, 34-pen

“Qalatasaray” – “Mersin İdmanyurdu” – 3:1
Melo, 61-pen, Droqba, 70; 84 - Eser, 3 

7 aprel
“Gənclərbirliyi” – “Qaziantepspor” 
“Akhisar BB” – “Trabzonspor” 
“Əskişəhərspor” - ”Sivasspor” 
“Orduspor” – “Fənərbaxça” 

8 aprel
“Bursaspor” – “Beşiktaş” 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1449

Oxşar yazılar