“Neftçi”yə 1-ci dəqiqə cəzası
26 fevral 2013 16:49 (UTC +04:00)

“Neftçi”yə 1-ci dəqiqə cəzası

AFFA İntizam Komitəsinin növbəti iclasında Topaz Premyer Liqasının XXI turunda baş verən hüquq pozuntularına baxılıb. Lent.az-ın məlumatına görə, toplantıda “Simurq”, “Bakı”, “Rəvan”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Neftçi”yə cəzalar verilib.

 

“Simurq” “Bakı” ilə matçda 5 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat cərimələnib. Matç başa çatdıqdan sonra “Bakı”nın futbolçuları stadionun soyunub-geyinmə otağının qapısını sındırıblar. Bu səbəbdən, paytaxt klubu dəymiş zərərə uyğun olaraq “Simurq”un təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir.

 

“Qarabağ”la görüşün 67-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Miloş Adamoviç kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Adamoviç 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.

 

“Qəbələ” – “Xəzər Lənkəran” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən, klublar hərəyə 1000 manat cərimələnib. 89-cu dəqiqədə “Xəzər Lənkəran”ın futbolçusu Vanderson Skarduelli aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alıb. Futbolçu 3 oyunluq cəzalanıb, kubu 3000 manat cərimələnib. 88-ci dəqiqədə “Qəbələ” azarkeşləri meydana kənar əşya atıblar ki, bu da kluba 2000 manat cərimə bahasına başa gəlib.

 

“İnter”lə matçın 1-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri meydana pirotexniki vasitələr atıblar. Buna görə flaqman 2000 manat cərimələnib.

 

# 1115
avatar

Oxşar yazılar