Arif Əsədovun qayıdışından sonra “Neftçi”nin əsas oyunçularından birinə çevrilən Mirhüseyn Seyidov klubla müqaviləsinin müddətini uzadıb. Lent.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 22 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”la yeni 2 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, Mirhüseyn Seyidov 2006-cı ildən “Neftçi”nin şərəfini qoruyur.