“Real”ın hücumçusu Qaret Beyl karyerasını yenidən İngiltərədə davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu “Liverpul”un maraq dairəsinə düşüb.
Bir müddət əvvəl “Mançester Yunayted”in də gündəmində olan Uels millisinin üzvü “Real”dan ayrılmaq niyyətindədi. Tez-tez zədələndiyi üçün ümidləri tam doğrulda bilməyən Beylə görə “Liverpul” qarşı tərəfə 100 milyon avro təklif edib. “Qırmızılar” ən geci mövsümün sonunda bu keçidi həyata keçirmək niyyətindədilər.
Qeyd edək ki, Qaret Beyl “Real”a 2013-cü ildə “Tottenhem”dən keçib.