Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Kəpəz” də növbəti matçına çıxıb. Şahin Diniyevin yetirmələrinin rəqibi Avstriya təmsilçisi “Admira” olub.
Uzun müddət aradan sonra Avrokuboklarda çıxış edən və tarixində ilk dəfə mərhələ adlayan gəncəlilər bu uğurunun davamını gətirməyi arzulasa da səfərdə baş tutan ilk oyunda məğlub olub.
"Kəpəz" minimal hesablı məğlubiyyətə üzülüb.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu iyulun 20-də, Bakıda baş tutacaq.
Avropa Liqası
II təsnifat mərhələsi (ilk oyunlar)
14 iyul
“Admira” (Avstriya) – “Kəpəz” (Azərbaycan) - 1:0
Qol: Starkl, 41
Baş hakim: Pavle Radovanoviç
Sankt-Polten. NV Arena