“İnter"i  “Qarabağ”la oyuna Mançini çıxaracaq
15 noyabr 2014 07:04 (UTC +04:00)

“İnter"i “Qarabağ”la oyuna Mançini çıxaracaq

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "İnter"in yeni baş məşqçisi rəsmən müəyyənləşib.

 

Lent.az-ın "qol.az"-a istinadən məlumatına görə, Valter Matsarini  istefaya göndərən klub rəhbərliyi boş qalmış məşqçi vəzifəsinə Roberto Mançinini gətirib. Təcrübəli mütəxəssislə imzalanma mərasiminin noyabrın 15-də gerçəkləşəcəyi bildirilib. Beləliklə, "İnter"i dekabrın əvvəlində  Bakıda “Qarabağ”la oyuna məhz Mançini çıxaracaq.

 

Qeyd edək ki, R.Mançini 2004-2008-ci illərdə "İnter"i çalışdırıb və komandaya üç çempionluq kuboku qazandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 849
avatar

Oxşar yazılar