Bakının “İnter” futbol komandası ilk qış transferini həyata keçirib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt klubu Gəncə “Kəpəz”inin hücumçusu Yuri Fomenko ilə müqavilə bağlayıb.
Ukraynalı forvard qarşıdakı 6 ay müddətində paytaxt təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, 26 yaşlı Yuri Fomenko karyerası ərzində Ukraynanın MFK “Nikolayev”, “Stal” (Alçevsk), “Prikarpatye” (İvano-Frankovsk) və “Helios” (Xarkov) klublarında çıxış edib. 2011-ci ildən “Kəpəz”də forma geyinmiş forvard Azərbaycan Premyer Liqasında 50 oyuna 14 qola imza atıb.