UEFA-nın prezidenti Mişel Platini həmyerlisi Pol Poqba haqqında fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, “SKY Sport İtalia”ya açıqlama verən məşhur funksioner Poqbanın da Varane kimi yaxşı futbolçu olduğunu deyib:
“Poqba Fransa futbolunun gələcəyidi. Bilmirəm o, gələcək mövsüm də “Yuventus”da qalacaqmı. O da, Varane də əla futbolçulardı, ancaq çox gəncdilər”.
Gənc futbolçunun mümkün transfer qiyməti haqqında da danışan Platini maraqlı fikirlər səsləndirib:
“Heç bir futbolçu 100 milyona dəymir, ancaq kiminsə pulu varsa, xərcləyə bilər”.