“Hafka”nın keçmiş klubunu taylandlılar aldı
08 yanvar 2015 17:08 (UTC +04:00)

“Hafka”nın keçmiş klubunu taylandlılar aldı

0

İngiltərənin “Şeffild Uensdey” klubu müflis olmuş azərbaycanlı iş adamı Hafiz Məmmədovla sponsorluq müqaviləsini ləğv etdikdən sonra özünə yeni sponsor tapıb. Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, klub rəsmiləri artıq komandaya kimin sahib olması ilə bağlı işlərin bəhrəsini görüb. 

Belə ki, taylandlı iş adamları 1-ci divizion (çempionşip) təmsilçisi ilə yaxından maraqlanır. Yerli mətbuatının yazdığına görə, hazırda tərəflər arasında danışıqlar gedir. Əgər bu müzakirələr uğurla nəticələnsə, cənub-şərqi asiyalılar klubun yeni himayədarı olacaqlar.

Qeyd edək ki, H.Məmmədovun "Şeffild Uensdey"ə sahibliyi barədə iyunun 10-da bağlanan anlaşmaya əsasən lazımi məbləğdə vəsaiti ödəyə bilməməsi səbəbindən müqavilə qüvvədən düşmüşdü.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 221

Oxşar yazılar