“Fənərbağça”ya ağır itki
18 aprel 2013 14:45 (UTC +04:00)

“Fənərbağça”ya ağır itki

“Fənərbağça” futbol klubunun keçmiş futbolçusu və klubun ümumi işlər üzrə müdiri olan Sərkan Acar İstanbulda 65 yaşında vəfat edib. Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, klub rəhbərliyində təmsil olunan şəxsin ölümü ilə əlaqədar rəsmi internet saytında məlumat da yerləşdirilib. Məlumatda bildirilir ki, S.Acar uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

 

O, 1948-ci ildə Ankarada anadan olub. Futbolçu kimi “Fənərbağça”nın uşaq məktəbində yetişən S.Acar 17 yaşında Türkiyə milli komandasına da çağırılıb. O, yığmanın kapitanı da olub.

 

S.Acar “Fənərbağça”da keçirdiyi 295 oyunda 13 qol vurub. Ümumilikdə isə ömrünün 47 ilini bu kluba həsr edib.

 

 

# 981
avatar

Oxşar yazılar