Son Türkiyə çempionu “Fənərbağça” braziliyalı yarımmüdafiəçi Kristian Baronilə yollarını ayırıb. Lent.az-ın məlumatına görə, klub Türkiyə Futbol Federasiyasının tətbiq etdiyi legioner limiti səbəbindənbu futbolçu ilə vidalaşmaq qərarına gəlib. Tərəflər arasındakı müqavilə ləğv edilib və bundan sonra Kristian azad agent statuslu futbolçu kimi istənilən kluba keçə bilər.
Qeyd edək ki, Baroninin göndərilməsindən sonra “Fənərbağça” yeni transferi Dieqonun lisenziyasını almaq mümkün olacaq.
Kristian Baronin 2009-2010 mövsümdə sarı-lacıvərdliləri heyətinə qatılıb.