2015/2016 mövsümünün ilk “El-Klasiko”sunun vaxtı açıqlanıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “Real” və “Barselona” komandalarının cari mövsümdəki ilk görüşləri noyabrın 21-də baş tutacaq.
“Santyaqo Bernabeu” stadionunda keçiriləcək qarşılaşmanın başlanma saatı da bəllidi. Oyun Bakı vaxtı ilə 00:30-da start götürəcək.