“Ekip” dünyanın rəmzi yığmasını açıqladı - SİYAHI
27 dekabr 2012 16:44 (UTC +04:00)

“Ekip” dünyanın rəmzi yığmasını açıqladı - SİYAHI

Fransanın nüfuzlu “Ekip” nəşri ilin rəmzi futbol yığmasını açıqlayıb. Lent.az-ın məlumatına görə, “11-”ə cəmi 5 klubun oyunçuları düşüb.

 

Onlardan hərəyə 4-ü İspaniyanın “Barselona” və “Real”ın üzvləridir. İngiltərənin “Çelsi” və “Mançester Siti”, eləcə də Almaniyanın “Bavariya” klubları rəmzi yığmada hərəyə 1 futbolçu ilə təmsil olunur:

 

Qapıçı: İker Kasilyas (“Real Madrid”, İspaniya)

 

Müdafiəçilər: Filipp Lam (“Bavariya”, Almaniya), Vensan Kompani (“Mançester Siti”, İngiltərə), Serxio Ramos (“Real Madrid”, İspaniya), Xordi Alba (“Barselona”, İspaniya)

 

Yarımmüdafiəçilər: Xabi Alonso (“Real Madrid”, İspaniya), Ramires (“Çelsi”, İngiltərə), Xavi (“Barselona”, İspaniya)

 

Hücumçular: Andres İnyesta (“Barselona”, İspaniya), Lionel Messi (“Barselona”, İspaniya), Kriştianu Ronaldu (“Real Madrid”, İspaniya).

 

# 1202
avatar

Oxşar yazılar