Türkiyə Futbol Federasiyasının İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda əsas müzakirə mövzusu “Beşiktaş”ın ölkə kubokunun yarımfinal mərhələsinin “Fənərbaxça” ilə yarımçıq qalan oyununa çıxmaması olub.
Matçın sonradan davam etdirilməsinə etiraz əlaməti kimi oynamaqdan imtina edən “ağ-qaraıar” ağır cəzaya məruz qalıb. “Beşiktaş” 0:3 hesablı məğlubiyyət alıb, yarışdan kənarlaşdırılmaqla yanaşı, 2018/19 mövsümündə Türkiyə kubokuna qatılmaq hüququndan məhrum edilib. “Beşiktaş” 2017/18 mövsümündə kubokdan əldə olunan qazancın klublar arasında bölünməsində də paylarını itirib.