İngiltərə çempionu “Baku United” dünən UEFA Futzal Kubokunun əsas mərhələsinin ilk oyununda İtaliyanın “Luparense” klubunu 6-2 hesabı ilə məğlub edib. Lent.az-ın məlumatına görə, oyunu yüksək səviyyədə keçirən “Bakılılar”ın heyətində Tobe het-trik edib. Digər qolların müəllifi isə 2 qolla Marselo və Conatan olub.
“Baku United” İtaliyanın “Luparense”, Serbiyanın “Ekonomak” və Yunanıstanın “Afina 90” klublarının qərarlaşdığı “ölüm qrupu”nda mübarizə aparır.
“Baku United” Böyük Britaniyada fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatı tərəfindən təsis olunub.