“Bakı” Avropanın daha 9 tanınmış futbol klubu ilə əməkdaşlıq etmək niyyətindədir. Lent.az-ın məlumatına görə, Azərbaycan klubunun rəsmiləri “Metallist” (Xarkov, Ukrayna), “Portu” (Portuqaliya), “Harts” (Edinburq, Şotlandiya), “Feyenord” (Hollandiya), “Dinamo” (Kiyev, Ukrayna), “Roma” (İtaliya), “Qalatasaray” (Türkiyə), “Şerif” (Moldova) və “Helsinqborq” (İsveç) nümayəndələri ilə işgüzar görüşlər keçiriblər.
Görüş Avropa Klublar Birliyinin (ECA) Qətərin paytaxtı Dohada keçirilmiş Baş Assambleyası çərçivəsində baş tutub. Tədbirdə “Bakı”nı baş menecer Zeynal Məmmədovla Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyev təmsil edib. Onlar adıçəkilən klublarla mümkün əməkdaşlığın detallarını müzakirə ediblər.
Qeyd edək ki, “Bakı” daha öncə Fransanın “Lans” və İspaniyanın “Atletiko” klubları ilə əməkdaşlığa başlayıb.