“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilən “Ulu Öndər mirasıdır yurdum Azərbaycan!” layihəsi yekunlaşıb.
Layihənin məqsədi əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan gənclər siyasətinin uğurlu davamını təbliğ etmək, həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların fiziki, psixoloji və mənəvi sağlamlığının artırılması, gənclər arasında təbliğat işinin gücləndirilməsi və sağlam həyat tərzi ilə bağlı dözümlülük, mərdlik, təşəbbüskarlıq və zirəkliyin, soyuqqanlılıq kimi keyfiyyətlərin aşılanması olub.
Layihə çərçivəsində regionlarda tədbirlər və paytaxt Bakıda futbol yarışları keçirilib. Mingəçevir Gənclər Evində, Qəbələ Regional QHT- lərin Resurs və Təlim Mərkəzində, Birliyin sədri İsgəndər Ağakişiyev və layihənin eksperti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsləhətçisi Elnur Bağırlının iştirakı ilə, Şirvan İdman və Gənclər İdarəsində Birliyin sədr müavini Vüsal Mirzəyev və layihənin eksperti Elnur Bağırlının iştirakı ilə keçirilən tədbirlərdə QHT sədrləri və gənclər iştirak ediblər. Tədbirlərdə iştirakçılara layihə haqqında məlumat verilib. Layihə çərçivəsində Bakı şəhərində 13 futbol yarışı keçirilib.
Bu yarışların təşkili “Bakı 2015” ilk Avropa Oyunlarının Azərbaycanın paytaxtında keçirilməsi ilə əlaqədar olub.
Yarışlardan sonra iştirakçılara sertifikat təqdim edilib.