Bakının 8-ci km qəsəbəsindəki “Bakcell Arena” (əvvəlki adı “8KM” stadionu) 2012-ci ilin ən yaxşı arenası sayıla bilər. Lent.az-ın məlumatına görə, dünyada stadionlarla bağlı yeganə sorğunu aparan “Stadiony.net” saytının təklif etdiyi 16 namizəd stadion siyahısında paytaxtımızdakı arena da var.
“Stadium of the Year 2012” sorğusunun keçirilmə qaydalarına əsasən, namizəd stadion bir neçə meyara cavab verməlidir. O, ən azı 10000 tamaşaçı tutumuna malik olmalı və 2012-ci ildə açılmalıdır. Bu siyahıya sıfırdan tikilən və ya əsaslı yenidən qurulan, daha dəqiqi, strukturu 75 faiz dəyişən arenalar salınır.
Səsvermə isə fevralın 23-dək davam edəcək. Bu müddətdə saytın oxucuları 16 namizəd stadion arasından 5 ən yaxşısını seçərək, onlara “5 ulduz”dan “1 ulduz”adək qiymət verə bilər. Hər kompüterdən 1 səs qəbul olunacaq.
Qeyd edək ki, Bakcell Arena”nın inşasına 2010-cu il aprelin 30-da başlanılıb və işlər 2012-ci ilin avqustunda yekunlaşıb. 11 min tamaşaçı tutumuna malik stadion ötən il sentyabrın 14-də istifadəyə verilib.
Digər namizəd stadionlar:
“Arena do Gremio” (Portu Allleqre, Braziliya) – 60540 tamaşaçı
“BBVA Compass Stadium” (Hyuston, ABŞ) – 22000
“Bunyodkor Stadioni” (Daşkənd, Özbəkistan) – 34000
“Estádio Raimundo Sampaio” (Belu Orizonte, Braziliya) – 23950
“Friends Arena” (Solna, İsveç) – 54329
“Grand Stade Lille-Métropole” (Lill, Fransa) – 50157
“Incheon Football Stadium” (İnçeon, Cənubi Koreya) – 20891
“London Olympic Stadium” (London, İngiltərə) – 80000
“Myresjöhus Arena” (Vaxyo, İsveç) – 12200
“Netanya Stadium” (Netanya, İsrail) – 13800
“New York Stadium” (Rozerhem, İngiltərə) – 12021
“Sparda-Bank-Hessen-Stadion” (Offenbax, Almaniya) – 20600
“Stade Océane” (Havr, Fransa) – 25178
“Stadion Narodowy” (Varşava, Polşa) – 58145
“Stadion Utama Riau” (Pekanbaru, İndoneziya) – 40700