“Atletiko”nun “Bakı” ilə görüşünün vaxtı açıqlandı
10 aprel 2013 13:34 (UTC +04:00)

“Atletiko”nun “Bakı” ilə görüşünün vaxtı açıqlandı

 

İspaniyanın “Atletiko” futbol komandasının “Bakı” ilə keçirəcəyi yoldaşlıq görüşünün vaxtı müəyyənləşib. Azərbaycan klubunun Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyevin Lent.az-a verdiyi məlumata görə, iki komanda arasındakı qarşılaşma aprelin 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Görüşün başlama saatı hələ dəqiqləşməyib. Mehdiyev bildirib ki, qarşılaşma axşam saatlarında oynanılacaq. “Atletiko” isə Bakıya aprelin 28-də “Real Madrid”lə İspaniya çempionatında 33-cü tur matçına çıxdıqdan sonra gələcək. Ertəsi gün paytaxtımızda olacaq madridlilərin heyətində bütün aparıcı futbolçular olacaqlar. “Bakı” rəsmisi “Atletiko”nun səfər proqramında şəhər gəzintisinin də yer alacağını bildirib. İspaniya klubu Azərbaycanı oyundan dərhal sonra tərk edəcək.

 

Qeyd edək ki, “Atletiko”nun səfəri “Bakı” ilə əməkdaşlıq müqaviləsi çərçivəsində baş tutacaq. 

# 1369
avatar

Oxşar yazılar