“Atletiko Madrid” klubu heyətini gücləndirmək üçün hərəkətə keçib. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, “hindular” “Monako”nun sol cinah müdafiəçisi Leven Kurzava ilə maraqlanırlar.
22 yaşlı fransız futbolçunu qış “transfer pəncərəsi” zamanı “Mançester Siti” də yaxından izləyirdi.
Xatırladaq ki, gənc futbolçunun “Monako” ilə müqaviləsi 2018-ci ildə başa çatacaq.