Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda 13-cü turun iki oyunu keçirilib. Lent.az-ın məlumatına görə, “Qaradağ Lökbatan” səfərdə eyni xala malik olduğu “Neftçala”nı məğlub edib -1:0. Lökbatanlılar bununla da liderliklərini möhkəmləndiriblər.
“Ağsu” isə səfərdə OMİK-ə 3:2 hesabı ilə qalib gələrək 3-cü pillədəki yerini qoruyub. “Şirvanlılar” “Neftçala” ilə eyni, 29 xal toplayaraq 2-3-cü yerləri bölüşdürürlər.