“Qəbələ” “Dinamo-Avto”-nu məğlüb etdi
04 sentyabr 2016 22:28 (UTC +04:00)

“Qəbələ” “Dinamo-Avto”-nu məğlüb etdi

0

Hazırda Ukraynada təlim-məşq toplanışında olan "Qəbələ" hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Roman Qriqorçukun yetirmələri Moldovanın “Dinamo-Avto” klubu ilə görüşüb.

 

Bakı vaxtı ilə saat 20:00-da başlayan qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 2:0.

 

Matçda ilk qolu 79-cu dəqiqədə Baqali Dabo vurub. 90-cı dəqiqədə Rəşad Eyyubovun qolu isə yekun nəticəni müəyyənləşdirib.

 

Qeyd edək ki, “Qəbələ”nin Ukraynadakı təlim-məşq toplanışı sentyabrın 7-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar